"Sağlamdır" deyə xəstəxanadan evə göndərilən 16 yaşlı qız öldü - FOTO

16 Mart 2017 11:15

İngiltərənin Mançester şəhərindəki xəstəxana qalmaqalından sonra bu dəfə də Bristol şəhərindəki "Bristol Royal Infirmary" xəstəxanasının həkimləri məsuliyyətsizlikdə günahlandırılır.

Milli.Az "Mirror"a istinadla bildirir ki, ürək bulanma, qusma və baş ağrıları ilə xəstəxanaya aparılan 16 yaşlı Isabel Gentry miningitdən dünyasını dəyişib. O, xəstəxanadan evə buraxıldıqdan 24 saat sonra dünyasını dəyişib. Deyilənlərə görə, ağır xəstəlikdən əziyyət çəkən qıza xəstəxanada sağlam olması barədə diaqnoz qoyulub.

Məsələ ilə bağlı araşdırma aparılır.

Həkim 13 yaşlı qızı "iPhone" işığı ilə əməliyyat etdi - XƏSTƏXANADA BİABIRÇILIQ - FOTO

Qeyd edək ki, Mançesterdəki xəstəxanada isə 13 yaşlı qızı "iPhone" işığı altında əməliyyat etmişdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində