Kapital Bank bayram günlərində xidmət göstərəcək

16 Mart 2017 10:53

Kapital Bank Novruz bayramı münasibəti ilə istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək. 20-21 martda Mərkəz, 22-23 martda İçərişəhər və 19-21 martda Astara filialı. Qeyd olunan filiallar saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Kapital Bank xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.