Çərşənbə günü Tunisdəki Bardo muzeyinə edilən silahlı hücuma görə dörd adam həbs edilib, Tunis prezidentinin ofisi məlumat verir. Hücum nəticənsində 23 adam, o cümlədən 20 xarici turist öldürülmüşdü.
Milli.Az BBC-yə istinadən bildirir ki, eyni zamanda böyük şəhərlərə ordu səfərbər ediləcək, Prezidentin ofisi əlavə edib.
Məlumata görə, Bardo muzeyinə hücumda iştirak edən silahlı kişilərdən biri olan Yassine Laabidini hakimiyyət tanıyırdı.
Laabidi və onun cinayət yoldaşı Hatem Khachnaoui öldürülüb.
Cümə axşamı həbs edilən şəxslərin adları açıqlanmayıb və onların hücuma iddia olunan aidiyyatı aydın deyil.
Eyni zamanda Tunis prezidenti hücumdan sonra terrorçuluq əleyhinə "amansız müharibə"yə səsləyib.
Basqında ölən xarici vətəndaşlar arasında Yaponiya, İtaliya, Kolumbiya, Britaniya, Avstraliya, Fransa, Polşa və İspaniyadan gələn turistlər olub.
Hücuma etiraz edən Tunis sakinləri şəhərdə nümayiş təşkil edib, muzey qabağında şamlar yandırıblar. Dünya ictimaiyyəti hücumu pisləyib.
BMT-nin Təhlükəsizlik Şurası bildirib ki, heç bir "terrorçu aktı" Tunisi demokratiya yolundan döndərə bilməz.
Turizm, hər il təqribən 200 min avropalını qəbul edən, Tunisin əsas gəlir mənbələrindən birini təşkil edir.
Milli.Az