Tramp reper Snoop Dogga əsəbləşdi: "Obama olsa, həbs edərdi" - FOTO

15 Mart 2017 18:15

ABŞ prezidenti Donald Tramp reper Snoop Doggun klipindən hiddətlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp etirazını Twitter hesabı vasitəsilə bildirib. Dövlət başçısı hesab edir ki, eks-prezident Barak Obamanın dövründə bu davranışa görə onu həbs gözləyə bilərdi:

"Siz təsəvvür edə bilirsiniz ki, karyerası yoxuşaşağı gedən Snoop Dogg Obamaya tapança doğrultsa və atəş açsaydı, necə səs-küy yaranardı? Onu həbsxana gözləyərdi".

Qeyd edək ki, reperin bu yaxınlarda yayımlanan klipində hadisələr klounlar aləmində cərəyan edir. Klipdə Trampa bənzəyən klounlardan birinin oyuncaq tapança ilə vurulması əks etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində