Xırdalandakı faciədə ölən Mələk və Turanənin FOTOSU - YENİLƏNİB

15 Mart 2017 16:40

16:40

Bu gün Xırdalanda baş verən faciədə Bakı Dövlət Humanitar və İqtisadiyyat Kollecinin iki tələbəsi vəfat edib.

Milli.Az bildirir ki, Lent.az-a açıqlama verən kollecin şöbə müdiri Lalə Əzimova bildirib ki, hər iki tələbə kollecin yaxşı oxuyan tələbələrindən olub: "Onlar nizam-intizamlı, yaxşı oxuyan tələbə idi. Zəhərlənmə hadisəsi bu gün səhər saat 5 radələrində olub. Çünki tələbə yoldaşları deyir ki, gecə saat 4-ə qədər Mələk "WhatsApp"da xətdə olub. Turanə Xanlayevaya gəlincə, onun anası və özü onkoloji problemlə bağlı müalicə alırdı. Bu səbəbdən də 1 aya yaxın idi ki, dərslərdə iştirak etmirdi."

Turanə Xanlayevanın və Mələk Abbasovanın fotosunu təqdim edirik.

----------

15:12

Xırdalanda baş verən faciə 5 can aldı.
 
Faciədə 2-si tələbə olmaqla 5 xanım dünyasını dəyişdi. Dünyasını dəyişənlərdən biri əslən Balakəndən olan Turanə Xanlayevadır. Turanə İqtisadiyyat və Humanitar kollecin yaxşı oxuyan tələbələrindən olub. Faciə zamanı dünyasını dəyişən Mələk Turanənin bacısıdır. O, da Gəncədə Tibb kollecinin tələbəsi olub.


 
Milli.Az azxeber.com-a istinadən faciə zamanı dünyasını dəyişən Turanə Xanlayevanın fotolarını təqdim edir.
 
Allah rəhmət eləsin!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində