Müşfiqlə Pərviz yenə deyişdi - Özü də Firanın verilişində - VİDEO

15 Mart 2017 15:15

"Oyan Azərbaycan" səhər proqramında bu həftədə də maraqlı mövzu müzakirə olunub. Verilişin "Qəbulumuzdur!" rubrikasında qonaq olan Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi istiqamətində görüləcək işlərdən danışıb.

Şənbə səhəri verilişin ikinci saatı fanatlar üçün əsl sürpriz olub. Efirdə qonaq olan tanınmış meyxanaçı Pərviz Bülbülə ard-ardınca canlı ifalar səsləndirib.

Rəngarəng zarafatları ilə tamaşaçılara bolluca gülüş bəxş edən aktyorlar qala gecəsinə hazırlaşan "Niyə?" kinokomediyası haqqında sualları cavablandırıblar. Kinokomediyanın heç yerdə nümayiş olunmayan və eləcə də filmə daxil edilməyən bəzi maraqlı məqamlardan ibarət kadrları da ilk dəfə olaraq məhz "Oyan Azərbaycan"da nümayiş olunub.

Aparıcı Firuzə Cəlilova da təbii ki, fürsət düşmüşkən gülüş ustalarını tapmaca yağışına tutub. Lakin çox keçmədən özü qonaqların tapmacalarını cavablandırmalı olub.

Bazar buraxılışında isə xalq artisti Mələkxanım Əyyubova Xəzər TV izləyicilərini salamlayıb. Neçə vaxtdır efirlərdə görünməyən xalq artisti "Oyan Azərbaycan" tamaşaçıları üçün muğam ifa edib. Mələkxanım Əyyubova efirdə görünər-görünməz studiyaya edilən telefon zənglərinin də ardı-arası kəsilməyib.

Proqramın 3-cü saatında isə aparıcı daha bir qonağını təqdim edib. Səhnəyə gələn tanınmış modelyer, Mili Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Gülnarə Xəlilova xüsusi geyimi ilə diqqət çəkib. Daha sonra isə ilin dəbi haqqında müzakirələr aparılıb.

Veriliş bu həftə də ənənəsini pozmayaraq biri-birindən maraqlı rubrikalarına yer ayırıb. Ümumiyyətlə, səhər proqramı hər həftə müxtəlif mövzularda hazırlanan və gündəmi əks etdirən 20-dən çox reportaj və videomaterialları tamaşaçılarına təqdim edir. Verilişin içində yer alan digər rubrikalar ("İş verən", "Haqqım var", "Balalar bilirmi?!", "Sərhədsiz", "Xərci var", "Bilirsinizmi", "Qadın nə istəyir?!", "Biş-düş", "Kəndçi", "Möhkəm ol", "Özünü sına", "Meqapolis", "Dostum", "Düzələr", "Ulduzlu uşaq" "Uğur düsturu" və s.) da xüsusi mövzuları və yanaşmaları ilə seçilir.

Trend.az, Day.Az, Milli.Az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru Sərvər Abdullayevdir. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8:00-11:00 radələrində efirə çıxır.

Videoları izləmək üçün şəkillərə klikləyin:

Уик-энд с Фирузой Джалиловой: мугам, мода, мейхана и юмор

Уик-энд с Фирузой Джалиловой: мугам, мода, мейхана и юмор -1