İkinci Buktreyler Festivalı: iştirak üçün nə etməli?

14 Mart 2017 18:24

Kitabı tanıdın, kitabla tanının!

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən"Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalda iştirak etmək üçün lazım olan aşağıdakı 8 addımı nəzərinizə çatdırırıq:

1. ONLINE QEYDİYYATDAN KEÇİN

Festivalın www.booktrailer.az saytına daxil olub, ilk səhifədə Qeydiyyat keçidinə daxil olmaqla iştirakçı kimi qeydiyyatdan keçin.

2. SEVDİYİNİZ KİTABI SEÇİN

Kitabl seçdikdən sonra buktreyleri hansl media formada çəkəcəyinizi qərarlaşdırın: - oyun (aktyorların iştirakı ilə); - qeyri-oyun (aktyorların iştirakı olmadan); - animasiya və ya qrafika (çizgi filmi).

3. BUKTREYLERİN SSENARİSİNİ YAZIN

Bunun üçün kitabın ən maraqlı anlarını seçin. Unutmayın ki, buktreylerinizin maraqlı və baxımlı olması məhz ssenaridən asılıdır.

4. BUKTREYLERİ HAZIRLADIĞINIZ SSENARİ ƏSASINDA ÇƏKİN

Çəkiliş zamanı istənilən texnikadan, hətta kamerasının minimal ölçüsü 1080p Full HD (1920x1080) olan smartfonlardan da istifadə edə bilərsiniz.

5. ÇƏKDİYİNİZ MATERİALI MONTAJ EDİN

Montaj zamanı saytımızda buktreylerlərə qoyulmuş tələblərlə diqqətlə tanış olun və riayət edin.

6. MONTAJ ETDİYİNİZ MATERİALIN SƏS VƏ MUSİQİ TƏRTİBATINI İŞLƏYİN

Musiqi seçimində diqqətli olun, bəzi musiqilərdən istifadə etdikdə müəllif hüquqları pozulması səbəbindən buktreyler sosial şəbəkələrdə yerləşdirilə bilmir.

7. BUKTREYLERİNİZİ FESTİVALA GÖNDƏRİN

Buktreylerinizi www.wetransfer.com saytı üzərindən 10 aprel 2017-ci il tarixədək [email protected] ünvanına göndərin.

8. BUKTREYLERİNİZİ QEYDİYYATDAN KEÇİRİN VƏ QALİB OLMAQ ŞANSINI ƏLDƏ EDİN

Saytımızda qeyd olunmuş "Buktreylerin Qeydiyyatı" linkinə keçid etməklə oradakı məlumatları doldurun.

İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN olmaqla pul mükafatları gözləyir

Buktreylerlər https://goo.gl/NIM9Sh qeydiyyatdan keçirilməlidir.

Son müraciət tarixi: 10 Aprel, 2017

İnformasiya dəstəyi: Trend.az, Milli.Az, Day.Az, Azernews.az

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.