Ağciyər xərçənginə qarşı effektiv qida

16 Mart 2017 22:20

Ağciyər xərçənginə qarşı bol-bol kök yeyin.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Kanadadakı Kvebek Universitetinin həyata keçirdiyi bir araşdırma, nizamlı olaraq kök istehlak etmənin ağciyər xərçənginə qarşı təsirli olduğunu aşkar edib.
 
Araşdırmaya görə, kökün tərkibində olan karotenoid adlı mürəkkəb maddə və C vitamini, xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır. Araşdırma qrupunun rəhbəri professor Martin Şarek, bu mövzu barəsində ətraflı məlumat verdi: "Son zamanlar tütün məhsullarının istifadəsində olduqca böyük artım müşahidə olunur. Bu isə, çox mənfi bir haldır. Siqaret başda, ağciyər xərçəngi olmaqla bir çox xəstəliyə səbəb olur.
 
Aparılan son araşdırma isə, təbii yolla bu xərçəngin qarşını almağın mümkünlüyünü aşkar etdi".
 
Araşdırmaçılar karotenoid adlı mürəkkəb maddənin sarı, qırmızı, narıncı və yaşıl qidalara rəng verdiyini və bəzi tərəvəz, meyvələrdə də mövcud olduğunu ifadə etdilər.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində