31 yaşlı rektor Səadət Əliyeva

14 Mart 2017 10:48

Ötən gün Azərbaycan Universitetinə gənc qadın rektorun təyin olunması cəmiyyətdə maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, qafqazinfo yeni rektor haqqında bəzi təfərrüatları əldə edib. Belə ki, universitetin yeni rektoru Səadət Əliyeva 1986-cı il təvəllüdlüdür, 31 yaşı var.

Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan universitetində başlayıb. Ailəlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində