Murad Aslını Özcana qısqandığını etiraf etdi - FOTO

14 Mart 2017 08:14

Müğənni Murad Boz ötən gün sevgilisi Aslı Enverlə ticarət mərkəzlərindən birində görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  jurnalistlərin suallarını cavablandıran Aslı Özcan Dənizlə çəkildiyi "İstanbul gelini" serialı haqda: "Serialımız çox gözəldir. Hamı bəyənib, sağ olsunlar" deyib.

Dənizlə Enverin səmimi səhnələri haqda Murada verilən suallara isə müğənni belə cavab verib:

"Hər şey yaxşıdır. Özcan da rolunu yaxşı oynayır. Onun işi belədir. Düzdür, hər kişi kimi mən də qısqanıram, amma bu xəbərlər çox şişirdilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində