Bestseller müəllifindən yeni psixoloji roman - RELSLƏR ÜZƏRİNƏ UZANMIŞ ADAM - FOTO

13 Mart 2017 16:58

Bu günlərdə araşdırmaçı-yazar, psixoloq Rövşən Abdullaoğlunun yeni psixoloji romanı işıq üzü görüb.

Milli.Az xəbər verir ki, "Relslər üzərinə uzanmış adam" adlı roman çox fərqli bir səpkidə yazılıb. Kitab oxucunu elə ilk səhifələrindəncə özünə cəlb edir. Əsərdə müasir dünyanın bir sıra ictimai, psixoloji və fəlsəfi problemlərinə toxunulub.

Romanın qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziyyət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunub. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan bu şəxs xilas yolunu sonda intiharda görür. Beləliklə də o, relslər üzərinə uzanaraq ölüm qatarının gəlməsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı olaraq məhz relsləri seçməsi də səbəbsiz deyildir.
 

Tilsim sındı - Azərbaycanlı yazıçı xariciləri üstələdi

Relslər üzərində uzanıb ölüm qatarını gözləyərkən onun yanına intihar etmək ucun daha bir nəfər gəlir. Reslər üzərinə uzanmış adamın ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş həyatını tamamilə dəyişəcəkdir. O, bu yad insanla bir-birlərinə daxili "cəhənnəmlərinin qapısı"nı açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Sonda yad insan onu həyatının ən mühüm və dəhşətli seçimi qarşısında qoyacaq. Özü də bir deyil, bir neçə amansız seçim...

Bu annotasiyanı oxuyan şəxs elə biləcək ki, əsərin qəhrəmanı, məhz relslər üzərinə uzanan bu şəxs və o yad insandır. Ancaq onların hər ikisi əslində əsas hadisələrin başlanması üçün bir müqəddimədir. Ən dəhşətlisi isə budur ki, onlar baş verən bütün müsibətlərin eyni zamanda ən böyük qurbanlarıdır.

Azad sevgiyə dəvət və ya "bir stəkan su" - "Seksual inqilab"ın əsl mahiyyəti haqqında

Qeyd edək ki, Rövşən Abdullaoğlunun indiyədək 25-ə yaxın kitabı işıq üzüb. Onlardan "Relslər üzərinə uzanmış adam" müəllifin ikinci psixoloji romanıdır. Onun "Bu şəhərdə kimsə yoxdur" romanı isə 2016-cı ilin ən çox satılan kitabı - bestseller olub.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində