Kubada onlarla müxalifət fəalı azad edilib

10 Yanvar 2015 20:06

Kuba hakimiyyəti çərşənbə günündən bəri ən azı 36 nəfər müxalifət fəalını azadlığa buraxıb, müxalif qurumlar məlumat verir.

Güman edilir ki, onlar diplomatik əlaqələri yaxşılaşdırmaq üçün ABŞ-ın azadlığa buraxılmasını tələb etdiyi 53 nəfər arasındadır.

Milli.Az BBC-yə istinadən bildirir ki, Ağ Evin sözçüsü Eric Schultzun sözlərinə görə, ABŞ bu addıma görə razıdır.

Ötən ay Kuba və ABŞ bəyan vermişdilər ki, 1961-ci ildə kəsilmiş diplomatik əlaqələri bərpa etmək qərarına gəliblər.

Amerika hökuməti arxayındır ki, Kuba hakimiyyəti sözündə duracaq və digər siyasi məhbusları azad edəcək, cənab Schulz deyib.

ABŞ-ın siyahısındakı 53 nəfərin adı açıqlanmayıb.

Milli.Az