8 uşaq dəfn olundu

10 Yanvar 2015 20:08
Avstraliyanın Cairns şəhərində ötən ay ölü tapılan səkkiz uşağın dəfn mərasimində minlərlə adam iştirak edib.

Milli.Az BBC-yə istinadən bildirir ki, mərasim Keriba Omasker (uşaqların irsi dilində "bizim uşaqlarımız" deməkdir) adlanır.

Mərasimdə Baş nazir Tony Abbott da iştirak edib.
 

Uşaqların yeddisinin anası onları öldürməkdə ittiham olunur. Daha bir uşaq onun bacısı və ya qardaşı qızı idi.

Dörd qız və dörd oğlan 18 ay-14 yaş arasında idi.
 

Onların anası, 37 yaşlı Mersane Warria xəstəxanada müalicə olunur. Məlumata görə o, dəfn mərasimində iştirak etməyib.

Uşaqların öldüyü evi dağıdıb yerində abidə qoymaq barədə planlar var.
 

Milli.Az