Rusiyanın reytinqi "zibil"dən bir pillə yuxarıdır

10 Yanvar 2015 20:42
Fitch reytinq agentliyi Rusiyanın reytinqini "BBB" səviyyəsindən "BBB-" səviyyəsinədək endirib, bu isə ən aşağı investisiya reytinqidir.

Milli.Az BBC-yə istinadən bildirir ki, agentliyin qərarı neft qiymətlərinin enməsi və rublun dəyərinin düşməsi ilə bağlıdır.
 

Fitch həmçinin Qərbin sanksiyalarının mənfi təsirini də qeyd edir. Sanksiyalara görə Rusiya bankları və dövlət şirkətləri xarici kapital cəlb edə bilmir.

Ölkənin reytinqi daha bir pillə azaldılsa Rusiya Fitch-in "zibil" ("junk") kimi tanınan qeyri-investisiya reytinq zonasına keçəcək.
 

İqtisadi ekspertlərin təbirincə Rusiyadakı iqtisadi böhrana görə ölkə bu yaxınlarda üç əsas beynəlxalq reytinq agentliyinin bu zonasına keçə bilər.

Rusiyanın Standard & Poor's agentliyi ilə reytinqi həmçinin "BBB-"dur, Moody's isə hələ ki daha yüksək "Baa2" reytinqini saxlayır.
 

Milli.Az