Putin və Tramp görüşə bilərlər

12 Mart 2017 20:40

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp bu ilin iyulunda Hamburqda G-20 sammitində görüşə bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov CNN telekanalına müsahibəsində bildirib.

D. Peskov görüşün daha tez baş tutmasını da istisna etməyib.

Milli.Az