Saakaşvili kütləvi iğtişaşlarda İTTİHAM OLUNDU

12 Mart 2017 18:58

Batumudəki kütləvi iğtişaşlarda günahkar Vahid Milli Hərəkat Partiyasıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Acarıstan hökumətinin sədri Zurab Pataradze deyib.

"Biz Batumidə sabitliyin pozulmasına imkan verə bilmərik. Bu aksiya regionumuzun inkişaf etməməsinə hesablanıb. Bilirsiniz ki, qarşıda turizm mövsümü gəlir, regionumuzun şöhrəti artır və bizim rəqiblərimiz də çirkin yollarla bunun qarşısını almağa çalışır", - Pataradze deyib.

İqtidardakı Gürcü Arzusu Partiyası da iğtişaşlardakı məsuliyyəti Vahid Milli Hərəkat Partiyasının üzərinə yıxıb.

Vahid Milli Hərəkat Partiyası Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin partiyası sayılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində