Novruz Məmmədov: “Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ən çox Ermənistana lazımdır”

15 Mart 2010 13:29
"Onlar bunu hansısa səbəblərə görə edə bilmirlər. Amma başa düşməlidirlər ki, münaqişənin məhz indi ədalətli həlli ən çox Ermənistana lazımdır", - Trend News-un məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Novruz Məmmədov deyib ki, ermənilər talelərini düşünməli və özlərinin gəcələk faciələrinin qarşısını almalıdırlar.

"Ermənistan üçün ən düzgün yol konstruktiv mövqe tutub, münaqişənin həllinə təminat verməkdir", - şobə müdiri əlavə edib.

Danşıqlar prosesinin hazırkı vəziyyətinə gəlincə, Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, həmsədrlər proseslə əlaqədar səylər göstərirlər: "Onlar Ermənistanın xarici işlər naziri ilə görüşməlidirlər. Bu görüşdən sonra, ola bilsin, bölgəyə səfər etsinlər. Həmsədrlər Soçi görüşündən keçən müddət ərzində hansı irəliləyişin olması, vəziyyətin nədən ibarət olması haqqında prezidentlərə məruzə etmək üçün regiona səfər edə bilərlər".

/Trend News/