Məşhur əsər divarda yaşayır - FOTO
12 İyun 2011 11:42
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, ABŞ-ın "General Electric" korporasiyası və London Milli Qalereyasının yeni birgə layihəsi var.
Milli Qalereyanın Trafalqar meydanına tərəf olan divarında dahi rəssam Vinsent van Qoqun məşhur "Çinarlı taxıl zəmisi" əsərinin surəti ərsəyə gətirilib. Əsərin hazırlanmasında 8 min bitkidən istifadə olunub.
1889-cu ildə çəkilmiş əsərin surətinin yaradılmasında 26 müxtəlif növlü bitki "xammal" rolunu oynayıb.
Həmin canlı "əsər" 2011-ci ilin oktyabrına qədər divarda qalacaq.
Milli.Az