Yük maşını təyyarə ilə toqquşdu - Amerikada - FOTO

11 Mart 2017 18:01

ABŞ-ın Boston şəhərində yük maşını təyyarə ilə toqquşub.

Milli.Az bildirir ki, Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə Loqana aeroportunda baş verib. Yük avtomobili eniş edən Boeing 737 təyyarəsinin sol qanadına dəyib.

Nəticədə avtomobil aşıb, aeroportun bir işçisi xəsarət alıb.

Milli.Az