Azərbaycanın məşhur jurnalisti Aqşin Kazımzadə dünyasını dəyişdi
10 İyun 2011 20:53
Milli.Az xəbər portalı bildirir ki, bu gün Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadə 74 yaşında dünyasını dəyişib.
1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda təhsil alarkən jurnalistikaya ilk qədəmlərini "Molodyoj Azerbaydjana"da qoyub. "Sovetski sport"un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib.
"Bakinski raboçi", "Panorama" və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə çalışıb. Əməkdar jurnalist adına, "Qızıl qələm" mükafatına və çoxsaylı fəxri fərmanlara layiq görülüb.
Azərbaycan Gimnastika Federasiyanın kollektivi Şahin Kazımzadəyə atasının vəfatı ilə bağlı baş sağlığı verib.
Allah rəhmət eləsin!
Milli.Az