Ərdəbildə partlayış: ölənlər var - FOTO

11 Mart 2017 12:14

İranın Ərdəbil şəhərində güclü partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralıların bəzilərinin vəziyyəti ağırdır. 
 
Ərdəbil şəhərinin yanğınsöndürmə idarəsinin rəisi Məhəmmədrza Yəqubi deyib ki, ilkin ehtimala əsasən, hadisəyə partlayıcı oyuncaqlar və pirotexniki vasitələr səbəb olub. 
 
Təhqiqat aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində