6.2 milyon insan ümidsizcə yardım gözləyir - İnsanlıq adına utancverici FOTO

11 Mart 2017 10:48

Çəkisi 2 kiloqramdan dəfələrlə az olan 8 aylıq Hamdi Əhməd acdır, canı ağrıyır və növbəti qurbanlardan biri olmağı "gözləyir".

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə Somalidə 6.2 milyon insan aclıqdan ölüm təhlükəsi ilə qarşı-qarşıyadır.

Ölkədə davam edən quraqlığa görə qida mənbələri, demək olar ki, tamamilə tükənib.

Milli.Az "Daily Mirror"a istinadla bildirir ki, orada qəbirlər aclıqdan ölən uşaqların basdırılması üçün "hazır dayanıblar".

Çarəsiz, ümidsiz, ölümə məhkum uşaqlardan biri də 8 aylıq Hamdi Əhməddir. Onun şəkillərini çəkən fotoqraf Endi Stenninq uşağın biləklərinin çubuq nazikliyində olduğunu, rənginin solduğunu, gözlərinin qızardığını təsirli şəkildə qeyd edib.

"Bir dəri bir sümük qalan onlarla uşağın yatırıldığı xəstəxanada anasının qollarında sakitcə uzanan, qolları çubuq nazikliyi kimi, gözləri qızarmış Hamdi çarəsizcə üzünü mənə tərəf çevirdi. Onun gözündəki ifadəni sözlərlə ifadə etmək çətindir. Onun çəkisi Britaniyada doğulan uşaqların çəkisindən dəfələrlə azdır.

Hamdinin dərisində ağ ləkələr,ağzının kənarında yaralar var və onun gözlərinin ağrıdan möhürləndiyini görürəm.

Hamdi o qədər acıb ki, bədəninin immun sistemi tamamilə çöküb, ölməyə "hazır" kimi görünür.

Onun həkimi deyir ki, Hamdi 3 aydır normal yemək yeyə bilmir. Aclıqdan anası süddən kəsilib"

Hamdi dörd ölkə, Somali, Sudan, Nigeriya və Yəməndə qida böhranına məruz qalmış 20 milyondan artıq adamdan sadəcə biridir.

Milli.Az təsirli fotoları təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az