Bentley-dən möhtəşəm Bentayga - FOTO

21 Mart 2017 12:50

Yolsuzluq avtomobili Bentley Bentayga möhtəşəm versiya - Mulliner alıb. O, 2017-ci il Cenevrə avtosalonunda nümayiş olunacaq. Bentley Bentayga Mulliner xarici görünüşündə iki eksklüziv ban rəngi, xrom radiator barmaqlığı və xüsusi versiyaların adları olan lövhəciklərlə seçilir. Model xüsusi dizaynı olan 22-düymlük yüngül lehimli təkərlər alıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, standart Bentayga-dan daha çox fərq interyerdədir. Britaniyalılar qabaq oturacaqları bir rəngli, arxa oturacaqları isə başqa rəngli dəri ilə üzləyiblər. Ümumilikdə, interyerin bəzədilməsi üçün 7 variant nəzərdə tutulub.

Texniki hissəyə gəldikdə, Bentayga Mulliner 608 a.g. və 900 Nm fırlanma anı olan standart 6,0-litrlik W12 ilə hərəkət edir. Bu mühərriklə yolsuzluq avtomobili 4,1 saniyəyə ilk yüzlüyə sürətlənir, maksimal sürət isə 301 km/saatdır.

Bentayga üçün Mullinet modifikasiyası məhdud sayda buraxılacaq, dəqiq rəqəm isə məlum deyil. Sifarişlər 2017-ci ilin yazından qəbul ediləcək. Britaniyalılar qiyməti hələ ki, açıqlamırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində