Rusiya «Cənub axını» ilə «Nabucco»nun birləşdirilməsinə razılaşmadı
15 Mart 2010 13:19
Moskva "Cənub axını" və "Nabucco" qaz kəməri layihələrini birləşdirmək haqda düşünmür və bunu nəzərdən keçirmir. Milli.Az xəbər portalının lenta.ru saytına istinadən verdiyi məlumata görə, bu fikirlər Rusiyanın enerji naziri Sergey Şmatkoya məxsusdur. Xatırladaq ki, bu günlərdə İtaliyanın "Eni" neft-qaz şirkətinin baş direktoru Paolo Skaroni bu iki layihənin birləşdirilməsinin mümkünlüyünü açıqlamışdı.
"Hesab edirəm ki, bizim layihəmiz daha güclüdür. Bizim həm razılaşmamız, həm də qazımız var. Hesab edirik ki, "Nabucco"nu "Cənub axını" layihəsi ilə müqayisə etmək mümkün deyil", - deyə Şmatko bildirib.
Milli.Az