Cümə namazı əhli-sünnə məzhəbinə görə, fərzdir. Lakin qadınlara, səfərdə olanlara, xəstələrə, cümə namazına getməsinə imkan verməyəcək dərəcədə fizıki qüsurlu şəxslərə, üzrlü şəxslərə fərz de¬yil. Bunlar zöhr və ya cümə namazı qıl¬maqda ixtiyar sahibidirlər; birini qılsalar, o birindən azaddırlar.
Milli.Az islam.az-a istinadən bildirir ki, şiə məzhəbinə görə, cümə namazını qıl¬maq yalnız XII İmam Mehdinin (ə) zühurun¬dan sonra vacib olacaq (şəxsən Onun və ya nümayəndəsinin imamlığı ilə). İmamın qey¬bət dövründə isə cümə namazını qılmaq va¬cibi-təxyiridir. Yəni cümə günü cümə və ya zöhr namazını qılmaq insanın öz seçimindən asılıdır. Bununla belə, şiə müctəhidlər lazımi şərtlərə cavab verən cümə namazı qılındığı zaman həmin namazda iştirak etməyin daha üstün olduğunu vurğulayırlar.
Milli.Az