SOCAR "Petkim"dəki payının daha bir hissəsini satmağı planlaşdırır

8 Mart 2017 14:59

"SOCAR Turkey Enerji A.S." Türkiyənin "Petkim" neft-kimya kompleksindəki payının daha bir hissəsini satmağı planlaşdırır.

Milli.Az bildirir ki, bu barədə Trend Türkiyənin İctimaiyyəti Məlumatlandırma İdarəsinə istinadən məlumat verir.

SOCAR-ın nəzarətində qalan 15,2 milyon ədəd səhmin bir hissəsinin satışı mart ayı ərzində baş tutacaq.

Xatırladaq ki, "SOCAR Turkey Enerji" 2016-cı il oktyabrın sonunda hər birinin qiyməti 4,35 türk lirəsi olmaqla 35 milyon səhmini satmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində