Ürək üçün ideal MƏHSUL

6 Mart 2017 23:10

Danimarka alimləri ürək-damar sisteminin sağlamlığını qoruyan ideal məhsul təyin ediblər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu məhsulun gündəlik qəbulu ürək və damar xəstəliklərinin riskini azaldır, damarları və ürək əzələsini möhkəmləndirir.

Söhbət dəniz yosunları növü olan laminariyadan gedir. Bəzən onu "dəniz kələmi" də adlandırırlar.

Alimlər ürək-damar sistemi xəstəlikləri olan 2 qrup insan üzərində eksperiment aparıblar. Birinci qrup adi qaydada qidalanırdı, 2-ci qrupa aid olan insanlar hər gün dəniz yosunları yeyirdi.

Bir neçə aydan sonra alimlər eksperiment iştirakçılarını müayinə ediblər. Nəticədə məlum olub ki, 2-ci qrupda olan insanlarda ürək-damar sisteminin fəaliyyətində müsbət dəyişikliklər baş verib - arterial təzyiq düşüb, ürəyin fəaliyyəti yaxşılaşıb.

Alimlərin fikrinə görə, məhz dəniz yosunlarının qəbuluna görə Yaponiya sakinləri arasında ürək-damar sistemi xəstəliklərinin yayılması dünyada ən aşağı səviyyədədir.

Mütəxəssislər dəniz yosunlarını hər gün az miqdarda qurudulmuş, salat və ya xüsusi qida əlavələri formasında qəbul etməyi tövsiyə edirlər. Ürək xəstəlikləri olan insanlara bu məhsul xüsusilə faydalıdıır, ki, xəstəliyin inkişafını xeyli ləngidə bilər.

Milli.Az