"Hayat şarkısı"nın aktrisası sevgilisindən ayrıldı - FOTO

6 Mart 2017 21:24

Aktrisa Pelin Öztekin həmkarı Kıvanç Baran Arslandan ayrıldıqdan sonra Baha Koçaslanla sevgili olmuşdu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl haqlarında ayrılıq xəbəri çıxan cütlük bunu təkzib etmişdi.

Lakin cütlük bu dəfə münasibətlərində son nöqtəni qoyaraq ayrılıblar. Onlar sosial mediada da bir-birini izləmədən çıxarıblar. "Hayat şarkısı" serialında çəkilən Pelin yaxın dostlarına "Yoxladıq, amma alınmadı" deyib.

Qeyd edək ki, P.Öztekin 90 kiloqramdan çox arıqlaması ilə bir müddət medianın gündəmində olmuşdu.

Milli.Az