Narkotiklə tutulan İran vətəndaşına AĞIR CƏZA

6 Mart 2017 13:39

Narkotik maddələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşı Rəsul Purxoylu Eynullanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rəsul Purxoylu Eynulla 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, R.Purxoyluya Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitə, külli miqdarda) maddəsi ilə ittiham verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində