Azərbaycanın ilk kriminal komiksi çəkildi: "Zabit şərəfi" - VİDEO - FOTO

6 Mart 2017 11:59

Rejissor Vüqar İslamzadə "Zabit şərəfi" adlı qısametrajlı film çəkib.

Milli.Az bildirir ki, Rövşən Vəliyev, Aqil M. Quliyev, Azər Aydəmir, Əbdül Mahmudov, Şahin Fərhad, Cavid Hüseyin, Pərvin Abiyeva, Elsevər Mehdizadə və Cavanşir Məhərrəmovun çəkildikləri filmin quruluşçu rejissoru, montajçısı və ssenari müəllifi Vüqar İslamzadə, quruluşçu operatoru Cəbrayıl Rəfiyevdir.

"Nuar" stilində çəkilmiş "Zabit şərəfi" filmi  amerikalı yazıçı Frenk Millerin "Sin City" romanı əsasında 2005-ci ildə Robert Rodrigesin çəkdiyi "Sin City" filmini xatırladır.

Daha doğrusu, "Zabit şərəfi" lenti eynən "Sin City" kimi qara-ağ vizuallaşma vasitəsilə süjeti "qabardır".

Milli.Az