Bakıda buzlu yol iki nəfərin qanını tökdü - FOTO

8 Yanvar 2015 23:52

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. "Mercedes" markalı, 90 TR 273 dövlət nömrə nişanlı avtomobil prospektin Əhməd Rəcəblıi küçəsində işıq dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Elcan Abdullayev və onun qohumu, 1995-ci il təvəllüdlü Arzu Abdullayeva xəsarət alıblar. Yaralılar maşında sıxışıb qaldıqlarından əraziyə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilıasediciləri cəlb ediliblər. Xəsarət alanlar avtomobildən çıxarılıb və Kliniki Tibbi Mərkəzə çatdırılıb.

İlkin ehtimala görə, yol buz bağladığından sürücü idarəetməni itirib və maşını dirəyə çırpıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin