İyunun 10-na olan hava proqnozu
10 İyun 2011 02:00
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacaq.
Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava gün ərzində əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti təşkil edəcək.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti təşkil edəcək.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava əsasən yağmursuz olacaq.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti təşkil edəcək, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
Tibbi-meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Milli.Az