"WhatsApp"dan məhdud yenilik - FOTO

3 Mart 2017 12:24

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp" yenilik edib.

Milli.Az "The Sun"a istinadla bildirir ki, yenilik mesajların telefonda tutduğu yer ilə bağlıdır. Belə ki, artıq yazışmaların telefonun yaddaşında nə qədər yer tutmasını dəqiqliyi ilə görmək mümkün olacaq.

Yeniliyin məhdudluğu isə onla bağlıdır ki, bu funksiya ancaq "Windows 10 mobile" və "Windows 8.1" platformalı smartfonlarda aktiv olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində