Azərbaycanda fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə onlayn-ödənişlər sistemi hazırlanır
9 İyun 2011 17:03
Azərbaycan Vergilər Nazirliyi fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə onlayn-ödənişlər sistemi hazırlayır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Vergilər Nazirliyi yanında Xüsusi rejimli vergi xidməti Departamentinin rəhbəri Zaur Fətizadə deyib.
"İndi bu layihənin hazırlanması aparılır. Biz Mərkəzi Bankla birlikdə işləməliyik, çünki kart ödənişlərinin edilməsi bank sistemi cəlb edilməklə həyata keçirilir və bu, Vergilər Nazirliyinin səlahiyyətinə daxil deyil. Gələcəkdə kart və digər vergilər vasitəsilə ödəniş mümkün olacaq", - Fətizadə qeyd edib.
Bundan əvvəl vergilər naziri Fazil Məmmədovun dediyinə görə, nazirliyin vacib layihələrindən biri ödənişlərin elektron şəkildə və real vaxt rejimində edilməsi üçün imkanların yaradılmasıdır. Yaxın perspektivdə Azərbaycanın vergiödəyiciləri vergi və rüsumları Vergilər Nazirliyinin internet portalı vasitəsilə ödəmək imkanı əldə edəcəklər.
Nazirliyin bu istiqamətdə uğurlu layihələrindən biri ƏDV-nin vahid depozit hesabının tətbiqi olub. Bu, ƏDV üzrə vergidən yayınmaların qarşısının alınmasına, eyni zamanda, vergiödəyicilərin ƏDV üzrə inzibati yükünün azaldılmasına da şərait yaradıb. Bu sistemin tətbiqi nəticəsində ƏDV ödəyiciləri indiyə kimi təxminən 61 milyon manatdan çox vəsaitə qənaət ediblər. Azərbaycanda 2008-ci ildən tətbiq olunan bu sistem bir sıra beynəlxalq institutların və digər ölkələrin vergi administrasiyalarının ciddi marağına səbəb olub.
Sadələşdirilmiş vergi malların verilməsindən, işlərin görülməsindən əldə edilən məbləğdən Bakı şəhəri üzrə 4 faiz və digər şəhər və rayonlar üzrə 2 faizlə hesablanır. Vergiqoyma obyekti mallardan (işlər, xidmətlər) və vergiödəyicilərə verilən əmlak, eləcə də hesabat dövrü ərzində reallaşdırılmayan gəlirlərdən əldə edilən ümumi məbləğin həcmidir.
Vergiqoymanın sadələşdirilmiş sisteminə əsasən, bu hədd üçaylıq dövriyyəni keçəcəyi təqdirdə, vergiödəyici ƏDV uçotuna dura bilər.
Hüquqi şəxslər - sadələşdirilmiş vergiödəyicilər ƏDV-nin, gəlir vergisinin, əmlak vergisinin ödənilməsindən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər gəlir vergisinin və ƏDV-nin ödənilməsindən azaddırlar.
Milli.Az