Toy gecəsi öldürülən uşaqlar - ARAŞDIRMA - FOTO
14 İyun 2011 08:00
...Xəstəxana palatası, kəsif qoxu, yayın istisi və bürküsünə görə açılmış pəncərələr və çarpayıda inildəyən 14 yaşlı qız. Daha doğrusu, qadın. Çünki 14 yaşlı Zəhra 4 ildir ki, nikahdadır. O, əri, 38 yaşlı Əhmədşahın təhqirlərinə, kobudluğuna, hər gün onu döyməsinə artıq davam gətirə bilməyib. Zəhra özünü yandırıb: üstünə benzin töküb, od vurub...
6 aylıq hamilə olmasını da əsla düşünməyib.
Dərisinin 54 faizi yanmış Zəhranın üzü tanınmaz hala düşüb və o, çarpayıda, mələfə ilə örtülmüş üzünü görmədiyinə görə, bəlkə də xoşbəxtdir.
Zəhra inildəyir, Allahdan ölüm diləyib zarıyır.
Dediyinə görə, özünü yandıranda dərhal öləcəyini düşünürdü. Amma kiçik bacısı və qaynınanası onu xilas ediblər.
Ölümü yeganə çıxış yolu bilənlər...
Əfqanıstanın Herat şəhərindəki xəstəxanada yatan Zəhra Məsud bu ölkədə özünü yandırmaqla intihar etməyə çalışan minlər, on minlərlə azyaşlı "arvad"lardan biridir.
Polis onları elə xəstəxana palatasında sorğu-suala tutanda isə hər şeyi danırlar. Çünki özünü yandıran, intihar etməyə çalışan qadın bütün nəslin üzqarası sayıldığından, qadınlar intihar cəhdini inadla inkar edirlər.
Milli.Az xəbər portalı
Foto: Stefani Sinkler