157 məhbus əfv edildi - Gürcüstanda

1 Mart 2017 14:50

Gürcüstan Prezidentinin fərmanı ilə 157 məhbus əfv edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əfv olunanlar arasında qadınlar və yetkinlik yaşına çatmyan bir uşaq da var.

Ölkənin Əfv komissiyası 890 məhbusun müraciətini nəzərdən keçirdikdən sonra əfv qərarı verilib.

Bundan başqa, daha 64 məhbusun cəza müddəti azaldılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində