Polis sürücünü özündən çıxardı: "Nağayrusuz aaa" - VİDEO

1 Mart 2017 11:25

Yol polislərinin reydi narazılığa səbəb olub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, görüntülər Göyçayda DYP reydindəndir. Reyd zamanı sürət həddini aşan, ötmə və qarşı hərəkət zolağına çıxan, nəqliyyat vasitələrini yolun hərəkət hissələrində saxlayan və sənədləri qaydasında olmayan çoxlu sürücü müəyyən edilib. 

Fakt əsasında saxlanılan bəzi sürücülər xətalarını müxtəlif bəhanə və səbəblərlə izah etməyə çalışıb. Hətta vəziyyətdən çıxış üçün bilmədən səhv etdiklərini deyənlər də olub. 

Sürücülərdən biri isə polisə daha maraqlı etiraz edib. O, kəmər taxmamaq xətasının kiçik və buna görə 35 manat cərimənin çox olduğunu iddia edib. Özünün də xəstə olduğunu deyərək dərmana pul tapmadığı bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Polisin cərimə yazdığı sürücü özündən çıxdı: