Tanınmış müğənni oğluna 2-ci dəfə toy edir? - FOTO

28 Fevral 2017 11:53

Tanınmış müğənni Yeganənin oğluna 2-ci dəfə toy edəcəyi xəbəri yayılıb.

Milli.Az-a açıqlama verən Yeganə oğlunun toy xəbərini təkzib edib:

" Xeyr, oğluma toy etmirəm. Onun toyu 2014-cü ilin aprelində olub. 6 yaşında uşağa kiçik toy edərlər? Bu gün, sadəcə Ömərin ad günüdür və yaxınlarımla birlikdə olacağam. Məclisə dəvət etdiyim qonaqların içərisində şou-biznes nümayəndələri də olacaq".

Qeyd edək ki, müğənni Fateh adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Onların Ömər adında bir oğlu var.

Əli Rəhimoğlu
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində