Axtarışda olan qadın Gürcüstana qaçarkən tutuldu - FOTO

28 Fevral 2017 11:13

Türkiyənin Artvin şəhərində FETÖ-çü olduğu üçün axtarılan qadın Sarp sərhəd keçid məntəqəsində avtomobildə gizlənərək Gürcüstana qaçmağa çalışarkən tutulub.

Sarp Gömrük Qaçaqçılıq və Kəşfiyyat idarəsinin əməkdaşları axtarış işləri nəticəsində Gürcüstan əsilli Aslan Vaşakmadzenin yerini müəyyən ediblər.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, təxminən bir həftə əvvəl Vaşakmadze və avtomobili izləyən kəşfiyyat əməkdaşları avtomobilin arxa oturacağının altındakı yanacaq anbarını üzərindəki yeni qaynaqdan şübhələniblər.

Qaynağı çəkiclə qoparan gömrük əməkdaşları, hazırlanmış gizli hissədə bükülmüş qadını aşkar ediblər. Nəzarətə alınan qadının FETÖ/ PYD üzvlüyündən həbs qərarı olan H.T.K. olduğu təsbit edilib.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində