Fiziki qüsurlu idmançıya HÖRMƏTSİZLİK

28 Fevral 2017 10:32

Türkiyənin fiziki qüsurlu milli tennisçisinə qarşı ciddi hörmətsizlik edilib.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, gəzə bilməyən tennisçi Büşra Ün notariatda sənəd imzalamalı olub. Lakin o, üçüncü mərtəbəyə çıxa bilməyib və vəkildən rica edib ki, sənədi birinci mərtəbəyə göndərsin. Vəkil adam göndərib, Büşra sənədi imzalayıb. Sonra isə həmin şəxs sənədi 2 mərtəbə düşürdüyünə görə Büşradan "gediş haqqı" olaraq 17 lirə alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində