Pentaqon rəhbəri «soyqırım» qətnaməsini səhv adlandırdı

15 Mart 2010 10:35
Milli.Az tert.am saytına istinadən xəbər verir ki, Qeyts komitənin bu addımının yanlış olduğunu söyləyib. "Qətnaməni Nümayəndələr palatasının sadəcə bir komitəsi qəbul edib. Biz bu qərarı yanlış addım sayırıq. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində irəliləyiş var və hesab edirəm ki, bu, vacib prosesdir. Bu qətnamə isə iki ölkə münasibətlərinin normallaşdırılmasına ciddi zərbə vura bilər", - deyə Qeyts bildirib.

Pentaqon rəhbəri Konqres və Nümayəndələr palatasının prosesi davam etdirməyəcəyinə inandığını söyləyib.

Milli.Az