Gürcüstan Türkiyədən zirehli maşın alır

27 Fevral 2017 21:05

Türkiyə istehsalı olan "EJDER" zirehli döyüş maşını yaxın vaxtlarda Gürcüstan Silahlı Qüvvələri tərəfindən istifadə ediləcək.

Trend "Georgia-Online" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah rəhbəri Vladimir Çaçibaya deyib.

Alınan texnikanın dəqiq sayı açıqlanmasa da, Gürcüstan mətbuatı 100 döyüş maşını alındığını yazır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində