Niyə cənazə namazı qılmaq üçün dəstəmazlı olmaq tələb edilmir?

28 Fevral 2017 23:15

Niyə cənazə namazı qılmaq üçün dəstəmazlı olmaq tələb edilmir?

Milli.Az islam.az-a istinadən bildirir ki, ərəb dilində "səlat" sözü həm dua, həm də namaz mənalarını verir. Səlatül-meyyit (cənazə namazı) adlandırılan ayin əslində namaz yox, ölü üçün edilən dua hökmündədir. Bütün vacib və müstəhəb namazlarda mütləq Qurandan surə qiraəti, rüku, səcdə, təşəhhüd və salam vardır. Lakin cənazə namazıda bunların heç biri yoxdur. Cənazə namazında yalnız ölünün ruhuna mərhəmət etməsi və günahlarını bağışlaması üçün Allaha dualar edilir və təkbirlər söylənir. Əslində bu ayin namaz sayılmadığı üçün, namazda vacib olan paklıq hökmü də tələb olunmur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində