Cəlilabadda iş adamı qətlə yetirildi - YENİLƏNİB

15 Mart 2010 10:32
Cəlilabad rayon Polis Şöbəsinin rəisi Rəhim Novruzov Milli.Az-a açıqlamasında bildirdi ki, Ə.Naxıyev başından bir güllə vurulmaqla qətlə yetirilib. Şöbə rəisi qətlin motivi haqda məlumat verimədi: "Hələlik cinayətin üstü açılmayıb. Ona görə də motiv barədə hər hansı söz söyləmək çətindir. Ancaq bir neçə versiya üzərində işlənilir".

R.Novruzov qətlin mərhumun Cəlilabad rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən qardaşı ilə bağlılığını inkar edib.


09:47

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, quşçuluq fəaliyyəti ilə məşğul olan iş adamı, 55 yaşlı Ələkbər Haxıyev odlu silahla qətlə yetirilib.
Mərhumun meyiti martın 14-də saat 10:00 radələrində iş otağında aşkar edilib. Iş adamının kim tərəfindən qətlə yetirildiyi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. 

Anar Məmmədov
Milli.Az