Toyuqla qat-qat delikates - FOTO

27 Fevral 2017 07:00

Milli.Az toyuq və tərəvəzlə dadlı xörəyin hazırlanma qaydasını təqdim edir

"Ərəb nağılları" tortu

Tərkibi (2 pay): 

500 q toyuq filesi

2 yerkökü

1 baş soğan

2-3 kartof

bitki yağı

1 yumurta

küncüt

duz

istiot

göyərti

Toyuq filesini çox iti bıçaqla napnazik enli şəridlərə doğrayın. Duz-istiot vurun. 

Soğanı xırda kubik, yerkökü və kartofu isə nazik fal-fal doğrayın. 

Yerkökünü soğanla qızılı rəng alanadək bitki yağında qovurun. 

Kartof dilimlərini isə quru tavada qızılı rəng alanadək qovurun. 

Göyərtini xırda doğrayın. Yumurtanı çalın. 

Tavanı bitki yağı ilə yağlayın. Bir qat toyuq əti döşəyib üzərinə yumurta çəkin. Kartof + yerkökü ilə soğan + göyərti döşəyin. Ərzaq bitənə qədər ətlə tərəvəzi bu qayda ilə lay-lay döşəyin. Kənarlarını içəri yığışdırmaq lazım deyil. Hər toyuq layına yumurta çəkməyi unutmayın. 

Üst qatda toyuq əti olmalıdır. Onun da üzərinə yumurta çəkib küncüt səpin. 

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Sonra temperaturu 220 dərəcəyədək artırıb daha 10 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə