Ramil Usubov oğlunu rəis təyin etdi

22 Fevral 2017 11:49

Daxili işlər nazirinin əmri ilə Təhqiqat İdarəsinin rəisi, İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Emil Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub.

Milli.Az salamnews-a istinadən xəbər verir ki, bir neçə gün öncə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Emil Usubov daxili işlər naziri Ramil Usubovun böyük oğludur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində