"Dalmatin" piroqu

23 Fevral 2017 07:00

Milli.Az "Dalmatin" piroqunun hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Əriştə-plov

Tərkibi: 

800 q kəsmik

3/4 st. şəkər tozu

3 yumurta

1 paket vanilli şəkər tozu

2 x.q. kərə yağı

3 x.q. nişasta

3 x.q. mannı yarması

1 çimdik duz

2 x.q. un

1 x.q. kakao

bəzək:

50 q bəyaz şokolad

2 x.q. qaymaq

20 q tünd şokolad

Kəsmiyi yumurta sarıları, şəkər tozu, vanil, kərə yağı, nişasta və mannı əlavə etməklə blenderlə çalın.

Yumurta ağlarını duz ilə möhkəm çalın. Səliqə ilə kəsmikli qarışığa əlavə edin. 

Bu qarışıqdan 3 x.q. ayırıb unla kakao qatın, yaxşıca qarışdırıb kürə və ürək formasında kündələr tutun. 

Kəsmikli qarışığı perqament döşənmiş formaya tökün. Hazırladığınız kürə və "ürək"ləri içinə "basdırın" (müxtəlif səviyyələrdə, bəzilərini dərin, bəzilərini üzdə qoyun). 

180 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Formada soyudun. 

Su hamamında tünd şokoladı əridib perqamentin üzərində onunla ürək və halqalar çəkin. 

Bəyaz şokoladı su hamamında əridib qaymaqla qarışdırın. Bunu piroqun üzərinə çəkin. Soyuyub bərkimiş tünd rəngli "ürək" və "halqa"larla bəzəyin.

Nuş olsun! 

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə