İsa Məsihin əbası saxtadır? - FOTO

8 İyun 2011 22:00
Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, italyan sənət eksperti Luçano Byuzonun fikrincə, dünyanın "Turin əbası" kimi tanıdığı artefakt əslində orta əsrlərdə rəssam Cottonun əsəridir.
İsa Məsihin çarmıxdan endiriləndən sonra büküldüyü əbanın yoxa çıxdığı və Cottonun da o əbanın surətini hazırladığı iddia olunur.

Byuzo bildirir ki, əbanın fotolarının diqqətlə araşdırılması zamanı o, bir yerdə iki 15 rəqəmini aşkarlayıb.
"Bu isə əbanın 1315-ci ildə hazırlandığını göstərir, çünki o vaxtlar ili son iki rəqəmlə göstərirdilər", - Byuzo söyləyib.

Byuzonun iddialarını radiohidrogen analizlər də təsdiqləyir. Həmin analizlərin nəticələrinə görə, Turin əbası 1260 və 1390-cu illərdə hazırlanıb. Cotto isə həmin illərdə Avropanın ən məşhur rəssamı idi.

Byuzonun iddiasının əleyhdarları isə bildirirlər ki, onun dedikləri uydurmadır.

Milli.Az