Türkan Şoray səfir oldu

14 Mart 2010 13:26
Türk kinosunun sultanı, məhşur aktrisa Türkan Şoray BMT-nin uşaq fondu UNİCEF-in xoşməramlı səfiri oldu.

Şoray bu vəzifəyə görə böyük şərəf və qürur duyduğunu bildirərək, dünyadakı bütün uşaqların yaxşı həyat tərzinə layiq olduqlarını, böyüklərin vəzifəsinin də onlara bu imkanları yaratmağın olduğunu qeyd edib. O, bir çox problemin sevgi ilə həll edilə biləcəyini vurğulayaraq "gücümüzü sevgi ilə birləşdirsək, bir çox problemləri həll edə bilərik" deyib.

Türkan Şoraya UNİCEF-in döş nişanını qurumun daha əvvəldən xoşməramlı səfiri olan aktyor Müjdat Gezen taxıb.

/SİA/