Xalq artistinin məzarı baxımsız halda - FOTO

20 Fevral 2017 21:14

Milli.Az xəbər verir ki, məşhur aktyor, xalq artisti Məmmədrza Şeyxzamanovun Yasamal qəbristanlığındakı məzarı baxımsız haldadır. Məşhur aktyorun məzarı, demək olar ki, ziyarət olunmur. Digər məşhurların qəbrindən fərqli olaraq xalq artistinin məzarı yolun ortasındadır və hasarı da yoxdur. Milli.Az qəbristanlıqdan çəkilən fotoları təqdim edir.

Qeyd edək ki, Məmmədrza Şeyxzamanov 1984-cü ildə 70 yaşında vəfat edib.

Əli Rəhimoğlu

Milli.Az